“Putin səfərlər zamanı seriallara, filmlərə baxır” - Peskov

15:13 07.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Rusiya Prezidenti Vladimir Putin tarixi filmlərə və seriallara üstünlük verir”.

Hafta.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Şərq İqtisadi Forumunda TASS-a bildirib.

Kremlin sözçüsü əlavə edib ki, dövlət başçısı bəzən uçuşlar və səfərlər zamanı da seriallara, filmlərə baxır.

Peskovun sözlərinə görə, siyasətçi əsasən rus filmlərinə üstünlük verir. O qeyd edib ki, Putin nəyə baxacağını özü seçir, ancaq qohumlarının, dostlarının, həmkarlarının da məsləhətlərinə qulaq asır. qafqazinfo